Mükəmməl milli təhsil amalımızdır!

"Kaspi" Təhsil Mərkəzi Lənkəran nümayəndəliyi olaraq biz inanırıq ki, sağlam, təhlükəsiz və firavan cəmiyyət yüksək təhsil sistemi ilə mümkündür. Vətəndaşlarımızın hər zaman biliklərini təkmilləşdirmək, təhsillərini davam etdirmək imkanı olmalıdır ki, cəmiyyətimiz inkişaf etsin, çiçəklənsin. Hədəfimiz Azərbaycan vətəndaşlarına yaşından asılı olmayaraq təhsil almağa, biliklərini genişləndirməyə, peşəkarlıq qabiliyyətlərini artırmağa imkan verən bir nümayəndəlik kimi fəaliyyət göstərməkdir.
Milli dəyərlərə və beynəlxalq standartlara əsaslanan nümayəndəliyimiz hal-hazırda vətəndaşlarımıza Kaspi Abituryent və 3-6 yaşa qədər hazırlıq (Kids) xidmət göstərir.
Missiya-Məqsədimiz
«Yaşından asılı olmayaraq hər kəsə keyfiyyətli təhsil xidməti verməklə sağlam düşüncəli və uğurlu fərdləri yetişdirərək cəmiyyətimizin inkişafına töhfə vermək»

Dəyərlərimiz:
- Dürüstlük
- Etibarlılıq
- Hörmət
- Məsuliyyət
- Mükəmməllik